Xəzər Xəbər

Bakı Polisindən əhaliyə XƏBƏRDARLIQ

Gündəm | 13:21 • 31 Mart 2020
Bakı Polisindən əhaliyə

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) xüsusi karantin rejimi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

İdarədən verilən məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir: "Xüsusi karantin rejimi çərçivəsində polis DQ-nin hərbi qulluqçuları ilə birgə xidmət aparır.

Paytax sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar".

Xəbər lenti