Xəzər Xəbər

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı VİDEO

Veb TV | 19:54 • 30 Mart 2020
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri hərbi xidmətə çağırış müddətinin bir ay uzadılmasını təsdiqləyiblər. Bundan başqa koronavirus səbəbi ilə ölkəmizdə icbari sığortanın tam tətbiqi müddəti də daha 1 il uzadılıb. İclasda millət vəkilləri bütün sahibkarları dövlətə dəstək olmağa çağırıb və apteklərdə tibbi maska tapılmadığını bildiriblər.

Koronavirusa qarşı Milli Məclisdə aparılan tədbirlər çərçivəsində bütün millət vəkilləri biri-birindən uzaq məsafədə oturmuşdu, eyni zamanda ilk dəfə olaraq jurnalistlər əsas zaldan deyil, yalnız monitorlardan iclası izləyə bilirdi.

Plenar iclasda müzakirə edilən ilk dəyişiklik isə hərbi xidmətə çağırış müddətinin mayın 31-nə qədər uzadılamsı oldu və bu, millət vəkilləri tərəfindən qəbul edildi. Ölkədə İcbari Tibbi Sığortanın tətbiqi müddətinin isə bu ilin sonuna qədər deyil, 2021 ci ilin sonuna qədər başa çatıdırlması ilə bağlı dəyişiklk də deputatlar tərəfindən qəbul edilib. Buna səbəb kimi isə ölkədə əksər həkimlərin koroanvirusla mübarizə tədbirlərinə cəlb edilməsi və bunun da prosesə mane olması göstərilib. Eyni zamanda millət vəkilləri ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edildiyi günlərdə sosial qayğıya ehtiyyacı olan vətəndaşlara bir sıra güzəştlərin edilməsini təklif edib vəapteklərdə tibbi maska qıtlığından şikayətləniblər.

Millət vəkilləri bu günlərdəxüsusi ilə böyük sahibkarları məsuliyyətli olmağa və həmrəylik nümayiş etdirməyə səsləyib.

Eyni zamanda iclasda Millə Məclisin nizamnaməsinə növbəti iclasların online vaxt rejimində keçirilməsi üçün edilən dəyişiklik təklifi birinci oxunuşda qəbul edilib.

İclasda deputatın statusu haqqında qanuna edilən dəyişikliyə əsasən isə ölkəmizdə tətbiq edilən karantin rejiminin deputatlara şamil edilməməsinə qərar verilib.

Xəbər lenti