Xəzər Xəbər

Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı VİDEO

Veb TV | 19:46 • 30 Mart 2020
Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı

Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarılıb.Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə şəhərin müxtəlif ərazilərində qabağlayıcı tədbirləri görmək məqsədi ilə xidmətə cəlb ediliblər.

Xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edilib.

Qeyd edək ki, hərbi qulluqçuların şəhərdə xidmətə başlamaları koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirdi ki, xüsusi karantin rejim qaydaları başa çatana qədər polislərlə yanaşı Daxili Qoşunların da hərbçiləri park və küçələrdə xidmət aparacaqlar.

Elşad Hacıyev onu da bildirdi ki, Daxili Qoşunların hərbi qulluqçuları da polis kimi növbəllik əsasında gecə-gündüz şəhərə nəzarət edəcək.

Xəbər lenti