Xəzər Xəbər

İcbari tibbi sığorta haqları ilə bağlı dəyişiklik: Doqquz ay təxirə salındı

Gündəm | 15:55 • 30 Mart 2020
İcbari tibbi sığorta haqları ilə bağlı dəyişiklik:

Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəyə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.

Milli Məclisin iclasında "Tibbi sığorta haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Hazırkı qanuna əsasən, Azərbaycanda ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) və idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) və idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari sığorta haqqı 0,02 manat həcmində müəyyən edilib.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti