Xəzər Xəbər

Valyuta hərracı keçirilib, tələb tam təmin olunub

İqtisadiyyat | 16:14 • 29 Mart 2020
Valyuta hərracı keçirilib, tələb tam təmin olunub

Martın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

AMB-dən xezerxeber.az-a bildirilib ki, hərracda tələb 106,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xəbər lenti