Xəzər Xəbər

Bakı Limanında dezinfeksiya tədbirləri başladı

Gündəm | 17:39 • 29 Fevral 2020
Bakı Limanında dezinfeksiya tədbirləri başladı

Bakı Limanı ötən ilin sonunda Çində aşkar edilmiş koronavirus epidemiyasından qorunmaq məqsədi ilə gücləndirilmiş rejimində dezinfeksiya tədbirlərinə başlayıb.

Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin XəzərXəbər-ə daxil olan açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində, Bakı Limanının İnzibati binaları (həm Bakıda, həm də Ələt qəsəbəsində yerləşən), bütün terminallar və anbarlarda dezinfeksiya tədbirləri həyata keçirilir. Liman ərazisinə daxil olan sərnişinlər və yüklər mütləq şəkildə xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və yalnız yoxlanışdan sonra Liman ərazisinə girişə icazə verilir. Limanda daimi olaraq təcili tibbi yardım avtomobili də fəaliyyət göstərir.

Qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə (055) 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir.

Xəbər lenti