Xəzər Xəbər

Tramp 4 nəhəngi bir araya toplamağa çalışır

Dünya | 17:04 • 29 Fevral 2020
Tramp 4 nəhəngi bir araya toplamağa çalışır

ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin, Britaniya və Fransa liderləri ilə görüşmək niyyətindədir.

Bu məlumatı "Röyter” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Tramp bu ölkələrin liderləri ilə silahlanmaya nəzarət məsələlərini müzakirə etmək istəyir.

Trampın BMT TŞ-nin daimi nümayəndələri ilə görüşündən Rusiya və Çinlə silahlanmaya nəzarətlə bağlı üçtərəfli razılaşma məsələlərində inkişafa nail olmaq üçün istifadə etməyə çalışacağı bildirilib.

"Tramp bununla bahalı silahlanma yarışının qarşısını almağa çalışır”, - mənbə deyib./axar.az

Xəbər lenti