Xəzər Xəbər

Yunanıstan NATO-nun Türkiyə bəyanatına veto qoydu

Dünya | 16:58 • 29 Fevral 2020
Yunanıstan NATO-nun Türkiyə bəyanatına veto qoydu

Yunanıstanın NATO-dakı Daimi Nümayəndəliyi alyansın İdliblə əlaqədar Ankaraya dəstək olmasıyla bağlı bəyanatına veto qoyub.

Bu məlumatı "To Vima” qəzeti yayıb.

Məlumata görə, Yunanıstan Xarici İşlər naziri Nikos Dendias bu barədə qərarı NATO-nun ortaq bəyanatının mətni hazırlandığı zaman verib. Ortaq bəyanat mətninə Yunanıstanın qaçqın və miqrant problemiylə bağlı AB-Türkiyə deklarasiyasının əlavə edilməsi ilə bağlı təklifi qəbul edilməyib. Yunanıstanın bu təklifinə, xüsusilə, Britaniya, Almaniya, ABŞ və Fransa qarşı çıxıb.

Bununla belə Yunanıstanın vetosu ucbatından ortaq bəyanat yaymaq mümkün olmayıb.

"Katimerini” qəzeti isə ABŞ-ın mövcud vəziyyətdən Ankaranı Rusiyadan uzaqlaşdıraraq, Qərbin yanına çəkmək üçün fürsət kimi istifadə etdiyini bildirib. Alyansdakı Polşa, Çexiya və Slovakiya kimi ölkələrin isə Ankara-Moskva gərginliyindən NATO-nun Rusiyaya qarşı mövqeyinin sərtləşdirilməsi üçün istifadə etdiyi vurğulanıb./axar.az

Xəbər lenti