Xəzər Xəbər

Ərdoğandan SƏRT AÇIQLAMA: Qurban vermək lazımsa, verəcəyik!

Dünya | 15:56 • 29 Fevral 2020
Ərdoğandan SƏRT AÇIQLAMA:

Bu gün Suriyada və digər bölgələrdə verdiyimiz savaşı, Allah göstərməsin, sabah Şırnaqda, Hatayda, Qazianteptə etmək məcburiyyətində qala bilərik. Çünki qarşımızdakı ssenarinin hədəfi Suriya deyil, Türkiyədir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul millət vəkilləri ilə Dolmabaxça Ofisində görüşündə deyib. O bildirib ki, Suriyada istədiklərini alanalar sabah silahlarını Türkiyəyə doğru yönəldəcək:

"PKK-nın 1984-cü ildə həyata keçirdiyi terror hadisələrində nə qədər insan itirdiyimizi unutmamalıyıq. Bu gün Suriyada xüsusi hazırlıq görmüş terrorçuların sayı 60 minə yaxındır. Biz əgər Suriyadakı mübarizəmizi başa çatdıra bilməsək, həmin terrorçuların çoxu ölkəmizə yönələcək. Bu baxımdan bizim Suriyada terrora qarşı apardığımız mübarizənin hər birimizin gələcəyi üçün olduğunu hər kəs görməli və qəbul etməlidir”.

Ərdoğan "Türkiyənin Suriyada nə işi var?” deyənlərə də cavab verib:

"Mən də bizə bu sualı verənlərə sual verirəm: Nə edək, terrora təslim olaq? Ölkəmizə düşmən olan bir rejimə boyun əyək? Vətənimizin bütövlüyünə göz dikənlərin önündə diz çökək? Suriyadakı insanların gedəcək bir evi, Türkiyələri var. Bəs bizim gedəcək yerimiz varmı? Kimlərsə ağlından ABŞ-ı, Avropanı keçirə bilər, amma siz də bilirsiniz ki, oradan bizə vətən olmaz. Buna görə də birlikdə ölkəmzə sahib çıxmalıyıq. Bunun üçün nəyi qurban vermək lazımdırsa, verəcəyik”./axar.az

Xəbər lenti