Xəzər Xəbər

Koronavirus hansı səthlərdə daha çox yaşayır?

Dünya | 14:54 • 28 Fevral 2020
Koronavirus hansı səthlərdə daha çox yaşayır?

Covid-2019 koronavirusu mis və polad səthlər üzərində 2 saata qədər yaşaya bilər.

XəzərXəbər-in məlumatına görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Xəbərdarlıq Mərkəzinin mütəxəssisləri bu qənaətə gəlib.

Kağız və plastik səthlərdə isə virus daha çox müddətdə mövcud ola bilər. Hazırda bununla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hazırda Çində yoluxanların sayı 78,630 nəfər təşkil edir, onlardan 2747 nəfər dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxan insanların ümumi sayı 82 294 nəfər olduğu bildirilib./trend

Xəbər lenti