Xəzər Xəbər

Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Hadisə | 16:50 • 26 Fevral 2020
Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova naməlum avtomobillə vurulub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti