Xəzər Xəbər

İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxub

Dünya | 16:08 • 25 Fevral 2020
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxub

İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi yeni koronavirusa yoluxub.


Trend-in məlumatına görə, bu barədə nazir müavini özü videomüraciətlə elan edib.


İ.Hərirçinin sözlərinə görə, ötən gün bədəninin temperaturu qalxıb və analiz verib.


Nazir əlavə edib ki, bu gün analizlərin nəticəsinə əsasən yeni koronavirus təsdiqlənib:


"Mən özümü hazırda təcrid etmişəm. Ümumilikdə vəziyyətim yaxşıdır. İşləri telefon vasitəsi ilə idarə edirəm”.

Xəbər lenti