Xəzər Xəbər

Rusiya XİN başçısı: "İdlibdə silahlılarla barışmaq terrorçulara təslim olmaqdır"

Dünya | 14:55 • 25 Fevral 2020
Rusiya XİN başçısı: "İdlibdə silahlılarla barışmaq terrorçulara təslim olmaqdır"

"Suriyanın İdlib bölgəsində silahlılarla barışmağın mümkünlüyünü vəd etmək insan haqlarının qayğısına qalmaq demək deyil, terrorçulara təslim olmaqdır”.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Cenevrədə keçirilən İnsan Haqları üzrə Şurasında çıxışında bildirib.


"Beynəlxalq ictimaiyyət və İnsan Haqları Şurası başını qaldıran ekstremistlərin yolunu bağlamağa borcludur. Hələlik, bəzi həmkarlarımızın mövqeyində könüllü və ya ixtiyari olaraq radikal və terrorçu qrupların vəhşiliklərinə haqq qazandırmaq istəyi üstünlük təşkil edir. Əks təqdirdə, İdlibdəki vəziyyəti müzakirə edərkən olduğu kimi, quldurlarla saziş bağlamağın mümkünlüyü ilə bağlı nəsihətləri izah etmək çətindir", - deyə Rusiya XİN başçısını qeyd edib.

Xəbər lenti