Xəzər Xəbər

Azərbaycanda zəlzələ təhlükəsi varmı? VİDEO

Veb TV | 20:33 • 23 Fevral 2020
Azərbaycanda zəlzələ təhlükəsi varmı?

Bu gün səhər qonşu ölkələrdə baş verən zəlzələ ölkəmizdən də yan keçməyib. Zəlzələ öz təsirini Naxçıvanda da göstərib. Naxçıvan Muxtar Respublikasında təkanalar olub. Bu da öz növbəsində ölkəmiz üçün zəlzələ təhlükəsinin olub olmaması məsələsini ortaya çıxarır.

İran və Türkiyədəki zəlzələ öz təsirini Naxçıvanda da göstərib. Naxçıvan Muxtar Respublikasında təkanalar olub. Bu da öz növbəsində ümumilikdə ölkə ərazisində zəlzələ təhlükəsi məsələsini ortaya qoyur.

Seysmoloji xidmət mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, baş verən zəlzələlərin Naxçivanda hiss olunması sadəcə bu zəlzələlərin nisbətən üst qatda baş verməsi ilə bağlıdır.

Qurban Yetirmişli həmçinin əlavə edib ki, qonşu ölkələrdə olan zəlzələnin ölkə ərazisi üçün hec bir təhlükəsi yoxdur.

Qeyd edək ki. Naxçıvanda hiss olunan təkanlar heç bir zərər vurmayıb.

Xəbər lenti