Xəzər Xəbər

Elazığda bir aylıq fasilədən sonra məktəblər açılır

Dünya | 16:59 • 23 Fevral 2020
Elazığda bir aylıq fasilədən sonra məktəblər açılır

Türkiyənin Elazığ bölgəsində zəlzələ dağıntıları və risklər səbəbindən bağlı olan məktəblər bir aylıq fasilədən sonra fevralın 24-də fəaliyyətə başlayacaq.

Bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk məlumat verib.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı həlak olanların sayı 41-ə çatıb. Dağıntılar altından 45 nəfər sağ çıxarılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti