Göyçay rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə Göyçay-Bərgüşad avtomobil yolunun 5-ci kilometrliyində, Kürdəmiş kəndində qeydə alınıb.
Belə ki, şəxsiyyəti hələ məlum olmayan sürücü "VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.(Report)