Xəzər Xəbər

Prezident və birinci xanım Papa Fransisk ilə görüşüb VİDEO

Veb TV | 19:42 • 22 Fevral 2020
Prezident və birinci xanım Papa Fransisk ilə görüşüb

Bu gün prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vatikanda katolik kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Eyni zamanda bu gün ölkə başçısı və birinci xanımın müqəddəs taxt-tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşü olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda rəsmi mərasimlə qarşılanıb.

Sonra prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikandakatolik kilsənin rəhbəri Papa Fransisklə görüşü olub.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müqəddəs taxt -tacın dövlət katibi kardinal Pietro Parolin ilə dəgörüşüb.

Xəbər lenti