Xəzər Xəbər

Salyan sakini odlu silahla saxlanıb VİDEO

Veb TV | 18:53 • 22 Fevral 2020
Salyan sakini odlu silahla saxlanıb

Abşeron polisi üzərində avtomat gəzdirən şəxsi saxlayıb. Saxlanan şəxs odlu silahı kür çayının kənarından tapdığını bildirib.

Salyan sakini odlu silahla saxlanıb.

Əməliyyatı Abşeron polisi keçirib. Salyan sakini, 32 yaşlı Ramal Əzizov Xırdalanda saxlanıb. Üzərindəki çantaya baxış zamanı isə orada avtomat aşkarlanıb. Ramal Əzizov bildirib ki, silahı yaşadığı ərazidə Kür çayının sahilindən tapıb.

Ramal Əzizov silahı çayın kənarında gizlədərək 4 gün orada saxlayıb. Sonra isə satmaq qərarına gəlib və Xırdalana üz tutub. Elə orada da polis əməkdaşları onu saxlayıb.

Faktla bağlı cinayət işi başalanıb, istintaq davam etdirilir. Saxlanan Ramal Əzizov əvvəllər bir neçə il Rusiyada yaşayıb. Oğurluq əməlinə görə də 7 il azadlıqdan məhrum edilib. Sonra isə qonşu ölkədən deportasiya olunub.

Xəbər lenti