Xəzər Xəbər

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Gündəm | 16:26 • 22 Fevral 2020
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb.

 XəzərXəbər-in məlumatına görə, bu barədə Ali Məclisin sədri Vasif Talıbov qərar imzalayıb.

Qərarda bildirilir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 2020-ci il fevral ayının 24-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin seçilməsi,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinlərinin seçilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi.

İclasda Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti