Xəzər Xəbər

Stomatoloqun başı söhbətə qarışdı: İynə uşağın mədəsinə getdi - FOTO

Dünya | 15:59 • 22 Fevral 2020
Stomatoloqun başı söhbətə qarışdı:

Rusiyanın Leninqrad vilayətində diş həkiminin istifadə etdiyi iynə uşağın mədəsində tapılıb.

Tvc.ru-nun yaydığı xəbərə görə, 12 yaşlı oğlanın dişindən siniri çıxaran zaman stomatoloqun başı başqa həkimlə söhbətə qarışıb.

Bu zaman onun istifadə etdiyi iynə uşağın boğazına gedib.

Bundan sonra uşağı danlayan həkim onun narahat olmamasını, iynənin təbii yolla xaric olacağını deyib.

Sonradan özünü pis hiss edən oğlanı valideynləri xəstəxanaya gətirib. Həkimlər uşağın mədəsində iynəni aşkar edərək çıxarmağa nail olublar.

Hazırda polislər hadisə baş verən klinikada araşdırma aparır./oxu.az

Xəbər lenti