Xəzər Xəbər

94 yaşlı baş nazir 2030-cu ilə qədər vəzifədə qalacağına vəd verib

Dünya | 15:05 • 22 Fevral 2020
94 yaşlı baş nazir 2030-cu ilə qədər vəzifədə qalacağına vəd verib

Malayziyanın 94 yaşlı Baş naziri Mahathir Bin Mohamadvəzifəsindən nə zaman gedəcəyinə özü qərar verəcək.

"Star” nəşrinin məlumatına əsasən,bu barədə ölkənin hakim "Ümid Alyansı” koalisiyasının Ali Şurasının verdiyi qərarda deyilir.

Qeyd edək ki, Mahathir 2018-ci ildə müxalifət tərəfindən Malayziyanın Baş naziri vəzifəsinə gəlib. Bundan əvvəl isə o, 22 il(1981-ci ildən 2003-cü ilədək) hakim partiyadan hökumətə rəhbərlik edib. Siyasətçi yayda yubileyini qeyd edəcək.

Mahathir özü bir müddət bildirmişdi ki, 2030-cu ilə qədər hakimiyyətdə qalacaq və yalnız keçmiş hökumətdən sonra qalan problemləri həll edəcəyi təqdirdə istefaya gedəcəyini vəd etmişdi./oxu.az

Xəbər lenti