Xəzər Xəbər

Bir neçə saat əvvəl aldığı “Ferrari F40” maşını həyətində alışıb-yanan şəxs bu üsula əl atdı - VİDEO

Veb TV | 15:00 • 22 Fevral 2020
Bir neçə saat əvvəl aldığı “Ferrari F40” maşını həyətində

Monakonun Monte-Karlo şəhərində şəxsi həyətdə avtomobil od tutub yanmağa başlayıb.

"Daily Mirror”un verdiyi xəbərə görə, sahibi "Ferrari F40” markalı avtomobilini evin eyvanından bağının suvarıldığı şlanqdantökdüyü su ilə söndürməyə çalışıb.

Yoldan keçən bir şəxs bu görüntünü video çəkərək internetdə paylaşıb.

Məlum olub ki, sahibi avtomobili bir neçə saat əvvəl alıb, sürətlə idarə etdiyi maşını həyətin divarına çırpıb. Avtomobilin mühərrikində başlanan yanğın digər hissələrə də yayılıb.

Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu söndürüblər. Lakin 1 000 000 funt sterlinq (2,192,100 AZN) qiyməti olan lüks avtomobilin yerində yalnız yanmış dəmir yığını qalıb.

oxu.az

Xəbər lenti