Xəzər Xəbər

Naxçıvanda dəhşətli hadisə 3 NƏFƏR ÖLDÜ

Hadisə | 14:04 • 21 Fevral 2020
Naxçıvanda dəhşətli hadisə

Fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində dəhşətli yol qəzası baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi "VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi "QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdirilmişlər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti