İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbiri keçirilib.
Belə ki, rayonun Qalınçaq kənd sakini Qaçay Mirzəyevdən müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.