Xəzər Xəbər

Lənkəranda tənha yaşayan qadının evinə basqın edilib

Region | 09:25 • 21 Fevral 2020
Lənkəranda tənha yaşayan qadının evinə basqın edilib

Lənkəranda qadının evinə basqın olub.


Hadisə rayonun Separadi kəndində qeydə alınıb.


Gecə saat 3 radələrində kənd sakini, 1966-cı il təvəllüdlü Durdanə İbadovanın evinə naməlum şəxs pəncərədən girib, qadının sifətindən tutub sıxaraq boynundan qiyməti 800 manat dəyərindən olan qızıl boyunbağı və 800 manat dəyərindən mobil telefonunu götürürək qaçıb.


Faktla bağlı Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. (APA)


Xəbər lenti