Xəzər Xəbər

ABŞ-da təyyarə qəzaya uğrayıb - ölənlər var

Dünya | 09:19 • 21 Fevral 2020
ABŞ-da təyyarə qəzaya uğrayıb -

ABŞ-ın Texas ştatında Kolmen dairəsində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.


Bu barədə Abilene Reporter News ictimai təhlükəsizlik departamentinin nümayəndəsi Fred Biddlaya istinadən bildirib.


Qeyd edilib ki, pilot təyyarənin elektrik avadanlıqları ilə bağlı problemlər barədə məlumat verdikdən sonra Abilin hava limanına qayıtmağa çalışıb. Təyyarə yerli vaxtla saat 6 radələrində radarlardan itib.


Saat 10.00 radələrində Kolman gölündə qərbdə təyyarə tapılıb. Göyərtədəki üç nəfərin hamısı ölüb, adları hələ məlum deyil.

Xəbər lenti