Xəzər Xəbər

Bakıda piyada məsuliyyətsizliyinə görə baş verən qəzalar VİDEO

Veb TV | 19:15 • 20 Fevral 2020
Bakıda piyada məsuliyyətsizliyinə görə baş verən qəzalar

Müxtəlif vaxtlarında paytaxtın böyük prospekt və küçələrində piyada vurulması ilə baş verən qəzaları təqdim edirik. Həmin qəza anları ərazilərdəki ''təhlükəsiz şəhər'' kameralarına düşüb. Kadrlara baxdıqda aydın olur ki, bütün qəzaların baş verməsinə səbəb piyada diqqətsizliyi və məsuliyyətsizliyidir.

Sürətlə şütüyən avtomobillərin arasından keçərək qoşa xəttin üzərində durur.

Piyadanı son anda vurmaqdan xilas olan sürücü avtomobili saxlayaraq onun bu hərəkətinə etiraz edir. Amma piyada məhəl qoymayaraq yolu əks tərəfə keçərkən bu dəfə başqa bir sürücü onu vurur. Ağır yol-nəqliyyat hadisəsi paytaxtın Heydər Əliyev prospektində baş verib. Son bir neçə ayda sözügedən prospketdə baş verən qəzalar ərazidəki təhlükəsizlik kameralarına düşüb.

Prospektdə başqa bir qəzada piyada məsuliyyətsizlik edərək, hərəkətin intensiv olduğu yolu qaçaraq keçir. Bu zaman avtomobil piyadanı vurur. Digər sürücülər dərhal avtomobili saxlayıb yaralı piyadaya kömək etməyə çalışırlar.

Qadın piyada da Heydər Əliyev prospektində yolu qaçaraq keçərkən onu avtomobil vurur. Zərbənin təsirindən piyada yolun əks tərəfinə düşür. Bu zaman digər sürücü onun üstündən keçməmək üçün avtomobili yolun kənarına çəkir. Qeyd edək ki, bu cür ağır qəzaların baş verdiyi həmin ərazidəyeraltı piyada keçidi inşa edilir. Amma həmin keçiddə təmir olsa da piyadaların ordan keçməsinə icazə verilir. Görünən odur ki, piyadalar həmin keçiddən yox, yolun hərəkət hissəsindən keçməyə can atırlar.

Paytaxtın Üzeyir Hacıbəyli və Azadlıq prospektinin kəsişməsində isə qadın işıqforla tənzimlənən piyada zolağını kortəbii keçir. Nəticədə avtomobil qadını vurub bir neçə metr kənara atır. Yerdə qalan yaralı piyadaya ətrafda olanlar kömək edirlər. Xoşbəxtlikdən piyada hadisədən yüngül xəsarətlə xilas olur.

Kadrları izləyən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, piyadalar arasında marifləndirmə və təbliğat işnin gücləndirilməsinə ehtiyac var.

Onu da qeyd edək ki, təkcə ötən il Bakı şəhərindəölümlə baş verən 168 qəzanın 130-dan çoxu piyada vurulması ilə bağlıdır.

Xəbər lenti