Xəzər Xəbər

Astarada güclü yanğın - Xəsarət alan var

Hadisə | 18:40 • 20 Fevral 2020
Astarada güclü yanğın - Xəsarət alan var

Bu gün Astara rayonunda yanğın olub.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti