Xəzər Xəbər

UEFA Çempionlar Liqası: “Atalanta” “Valensiya”nı məğlub edib

İdman | 09:05 • 20 Fevral 2020
UEFA Çempionlar Liqası: “Atalanta” “Valensiya”nı məğlub edib

Fevralın 19-da futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə iki qarşılaşma baş tutub.

İtaliyanın "Atalanta” klubu doğma azarkeşlər önündə İspaniyanın "Valensiya” komandasını qəbul edib.

Görüş italyanların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda İngiltərənin "Tottenhem” komandasını öz meydanında Almaniyanın "Leyptsiq” klubu minimal hesabla məğlub edib (1:0).

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.

Xəbər lenti