Xəzər Xəbər

Hövsandakı sosial evlərin təklif olunacağı vaxt açıqlandı VİDEO

Veb TV | 20:50 • 19 Fevral 2020
Hövsandakı sosial evlərin təklif olunacağı vaxt açıqlandı

Sosial evlərin Hövsan layihəsində işlər artıq yekunlaşıb. Binalar tikilib, mənzillər isə tam təmir edilib. Həmçinin Hövsan qəsəbəsi daxilindən kompleksə gedən yollar da təmir edilir. Mənzil İnşaatı Dövlət Agentliyndən verilən məlumata görə, mənzillərin satışı ilə bağlı yaxın günlərdə elan veriləcək.

Hövsanda tikilən sosial evlərin inşası nəhayət başa çatıb. Mənzil İnşaatı Dövlət Agentlyi tərəfindən tikilən, 20 hektar sahəni əhatə edən Hövsan Yaşayış kompleksində mənzillərin təmiri də yekunlaşıb.

Agentlyin mətbuat katibi Diana Dadaşovanın sözlərinə görə, tezliklə komleksin bütün məlumatlarını özündə əks etdirən internet səifəsi istifadəyə veriəlcək.

Kompleksdə uşaq bağçası, məktəb və tibb müəssisəsi də inşa edilib. Binaların arasında geniş məsafə saxlanılmaqla yol infrastrukturu yaradılıb. İlkin mərhələdə kompleksin ərazisinə iki hissədən giriş-çıxış təmin ediləcək. Hazırda Hövsan qəsəbəsindən kompleksə gedən, uzunluğu 1 km-ə yaxın olan yol da əsaslı şəkildə təmir edilir.

Hazırda yola 1-ci qat asfalt örtüyü vurulur. Təmir işlərinin yaşayış kompleksindəki mənzillərin satışa çıxarılacağı vaxta qədər yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, yaxın günlərdə mənzillərin satışı ilə bağlı elan veriləcək.

Xəbər lenti