Xəzər Xəbər

Vergidən yayınanlara xəbərdarlıq: Sanksiyalar qaçılmazdır VİDEO

Veb TV | 19:59 • 19 Fevral 2020
Vergidən yayınanlara xəbərdarlıq: Sanksiyalar qaçılmazdır

İki adda maliyyə hesabatı tutan və vergidən başqa üsullarla yayınmağa çalışanlar sərt maliyyə sanksiyaları ilə üz-üzə qalacaqlar. Sahibkarlara müraciət edən Vergilər Nazirliyi onları kölgə iqtisadiyyatı qanunlarından uzaq olmağa çağırıb. Yeni inzibatçılıq tədbirləri nazirliyin hazırladığı yeni konsepsiyada geniş əks olunub.

İkili maliyyə hesabatı tutan və vergidən müxtəlif yollarla yayınmağa çalışan sahibkarlara Vergilər Nazirliyi xəbərdarlıq edib.

Nazirlik bəyan edib ki, indiyə qədər sahibkarların təqdim etdiyi məlumatlarla nazirliyin aşkar etdiyi məlumatlar arasında uyğunsuzluq olanda indiyədək sahibkara dərhal cərimə sanksiyası tətbiq edilmirdi. Ancaq bu ildən başlayaraq şəffaf fəaliyyət göstərməkdə maraqlı olmayan sahibkarlara güzəşt edilməyəcək. Vergilər Nazirliyinin şöbə müdiri Tural Vəliyev bildirir ki, iş yeri sahiblərinin şəffaf fəaliyyət göstərməkdən başqa çarələri yoxdur.

Tural Vəliyev sahibkarların məhz hansı vasitələrlə vergidən yayınmağa cəhd göstərdiyini də açıqlayıb. Onun sözlərinə görə, aidiyyatı qurum bu məsələlər barədə xəbərdardır və onlar iş yeri sahiblərinə bu addımları atmaqdan çəkinməyi tövsiyyə edirlər.

Onu da qeyd edək ki, vergilər nazirliyi şəffaf vergi münasibətlərinin təmin olunması üçün bu il inzibatçılığı daha da artırır. Bunun üçün həyata keçiriləcək tədbirlər Vergilər Nazirliyinin təsdiq etdiyi "əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiya"sında öz əksini tapıb. Nazirlik rəsmisininsözlərinə görə, iri və orta sahibkarlar şəffaflaşma prosesində aktiv rol oynayıblar. Vergidən yayınmağa cəhd edənlər isə bəzi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır.

Xəbər lenti