Xəzər Xəbər

Şassi təkərini itirən təyyarə hava limanına enə bildi

Hadisə | 09:50 • 19 Fevral 2020
Şassi təkərini itirən təyyarə hava limanına enə bildi

Kanadanın Toronto şəhərində yerləşən hava limanına şassi təkərlərindən birini itirmiş təyyarə eniş edib.

"CTV” telekanalı xəbər verir ki, "Air Canada” şirkətinə məxsus А319 bortu Nyu-York hava limanından qalxarkən qəflətən şassilərindən birinin təkəri qopub.

Torontoya eniş edərkən təyyarənin pilotu təhlükəsiz dəhlizin açılmasını xahiş edib.

Eniş zolağına yanğınsöndürənlər və xilasedicilər cəlb edilib, lakin onların xidmətlərinə ehtiyac olmayıb.

Təyyarə hava limanına uğurlu eniş edə bilib.

Xəbər lenti