Xəzər Xəbər

Bu məntəqədə səslər etibarsız sayıldı VİDEO

Veb TV | 20:55 • 18 Fevral 2020
Bu məntəqədə səslər etibarsız sayıldı

Mərkəzi Seçki Komisiyasının bu gün iclası keçirilib. İclasda şikayətlərlə bağlı məsələlərə baxılıb. Bəzi dairələrin bir neçə məntəqəsinin səsverməsi ləğv edilib. Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov sosial şəbəkələrdə yayılan video görüntülərin araşdırıldığını bildirib.

Bəzi məntəqələrdə səsvermənin nəticələri ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədlərin müraciətinə baxılıb . 31 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsi etibarsız hesab edilib.

Həmçinin şikayət əsasında 29 saylı Səbail Seçki dairəsinin 1, 5. 9, 11, 17, 25 seçki məntəqələri üzrə səsvermənin nəticələri də ləğv edilib.

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən olan müraciətlərə də baxılıb.qeyd edilib ki,araşdırma 3 istiqamətdə aparılıb və araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib.Qərar 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.

MSK sədri təqdim edilən görüntülərlə bağlı məsələyə də münasibət bildirib.

Məzahir Pənahov bəzi yerlərdə namizədlərin xoşagəlməz hərəkətlərə yol verdiyini də bildirib.

Xəbər lenti