Xəzər Xəbər

Badamdarda uçqun baş verib – Torpaq kütləsi bir evi zədələyib VİDEO

Veb TV | 19:50 • 17 Fevral 2020
Badamdarda uçqun baş verib – Torpaq kütləsi bir evi zədələyib

Dünən gecə saatlarında Səbail rayonuBadamdar qəsəbəsində torpaq uçqunu baş verib. Hadisə 3-cü yaşayış massivində olub. Uçqun zamanı xəsarət alan olmasa da yaxınlıqdakı yaşayış evinə ziyan dəyib. Sürüşmənin antropogen amillərdə baş verdiyi bildirilir.

Badamdarda torpaq uçqunu baş verib. Hadisə dünən gecə Badamdar qəsəbəsi 3 cü yaşayış massivində baş verib.

Torpaq uçqunu zamanı ərazidə heç kim olmayıb. Lakin ziyan dəyən yaşayış məntəqəsi var.

Baş vermiş hadisə ilə bağlı fövqəladə hallar nazirliyinin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri əraziyə baxış keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyininmilligeoloji kəşfiyyat xidmətinin mütəxəsisi Sadiq Əmiraslanovun sözlərinə görə, hadisə antropogen amillər nəticəsində baş verib.

Uçqun baş verənərazidə 3 yaşayış evi yerləşir. Torpaq kütləsi bu evlərdən birinə ümumiyyətlə çatmayıb, ikinci evə dirənib. Yalnız bir evin divarlarında deformasiyalar əmələ gəlib.

Xəbər lenti