Xəzər Xəbər

Ölkə sel altında qaldı: ölənlər və itkin düşənlər var

Dünya | 18:27 • 17 Fevral 2020
Ölkə sel altında qaldı: ölənlər və itkin düşənlər var

Böyük Britaniyada bir neçə gündür tüğyan edən "Dennis” fırtınası bəzi bölgələrdə selə səbəb olub.

Təbii fəlakət nəticəsində 3 nəfər ölüb, 3-ü isə itkin düşüb.

Yerli mətbuatda dərc edilən xəbərlərə görə, ölənlərdən 2-si Kent şəhərində dənizdə olub, 1-i isə Uelsdə çaya düşüb.

Fırtına ən çox Uelsdə zərərə səbəb olub. Bu bölgədə su son 40 ildəki ən yüksək səviyyəsinə çıxıb.

BBC mindən çox evin su altında qaldığını bildirib. Bir çox dəmiryolu səfəri ləğv edilib, bəzi magistral yollar istifadəyə bağlanıb. Bəzi bölgələrdə 48 saat ərzində 1 aylıq normada yağış yağıb. Küləyin sürəti 140 km/saata çatıb.

Britaniya miqyasında 634 nöqtədə sel xəbərdarlığı edilib. Hökumət 7 bölgə üçün fövqəladə vəziyyət büdcəsi ayırıb./publika.az

Xəbər lenti