Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.
İclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 46 saylı Şirvan Seçki Dairəsi, 51 saylı Qusar Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib.