Xəzər Xəbər

Qərbdən kömək istədi: “Belarus təhdid edilir” – Lukaşenkodan şok

Dünya | 17:37 • 17 Fevral 2020
Qərbdən kömək istədi: “Belarus təhdid edilir”

"Belarus Respublikası sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsi üçün Avropa Birliyi və Rusiyadan daha geniş dəstək və kömək gözləyir”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Sərhəd infrastrukturu xərcləri bizim üçün ucuz başa gəlmir. Daha geniş dəstək və kömək gözləyirik. Yeri gəlmişkən, təkcə Avropa Birliyindən deyil, Rusiya Federasiyası ilə ümumi sərhədlərimiz də bura daxildir”, - Lukaşenko bildirib.

Respublika başçısı ümumi təhdidlərin qarşısının alınmasında, Belarus ilə əməkdaşlığın gücləndirilməsində Avropa Birliyinin marağından istifadə etməyin lazım olduğunu vurğulayıb. Lukaşenko ölkəsinin onlarla belə təhdid aldığını söyləyib.

"Qanun pozuntularının aşkarlanmasına zəmanət verilməlidir, daha da yaxşısı, qarşısı alınmalıdır. Sərhədin hər bir metri etibarlı şəkildə qorunmalıdır. O cümlədən ən müasir texniki vasitələrdən istifadə edilməlidir. Əlbəttə ki, həmişə olduğu kimi, yerli əhalinin köməyi ilə də bu işə ehtiyacımız var”./teleqraf

Xəbər lenti