Xəzər Xəbər

Ölümcül xəstəliyə görə bunu da etdilər

Dünya | 16:17 • 17 Fevral 2020
Ölümcül xəstəliyə görə bunu da etdilər

Çin Mərkəzi Bankı (PBOC) koronavirusla bağlı hərəkətə keçib.

İstifadə edilmiş banknotlar karantinə alınıb.

Onlar rentgen şüaları ilə dezinfeksiya olunduqdan sonra 7-14 gün müddətində kassalarda saxlanılacaq. Müşahidə müddəti başa çatdıqdan sonra əskinaslar yenidən dövriyyəyə girəcək.

Çin Mərkəzi Bankı sədrinin köməkçisi Fan Yifei karantin müddətinin hər bölgə üçün fərqli olacağını bildirib.

Son məlumata əsasən, "Covid-19" virusu Çində 1666 insanın həyatına son qoyub, 68 min 500 nəfərdə isə yoluxma qeydə alınıb./publika.az

Xəbər lenti