Xəzər Xəbər

XƏBƏRDARLIQ: Təzyiq dərmanlarını səhər saatlarında içmək olmaz

Cəmiyyət | 15:56 • 17 Fevral 2020
XƏBƏRDARLIQ:

Böyük Britaniyanın Uorvik universitetinin alimləri sübut edib ki, bioloji ritmlər orqanizmin bütün fəaliyyətini kontrol edir. Belə ki, onlar bizə nə zaman yatmaq, dincəlmək və əksinə aktiv olmaq lazımdır diktə edir.

Elm adamlarının sözlərinə görə təzyiq dərmanlarını səhər deyil, axşam, yatmazdan əvvəl içmək lazımdır ki, bu hipertoniya xəstələrinin səhər saatlarında təzyiqin təbii olaraq qalxmasından xilas edəcək. Məhz bu qaydaya əməl etməklə əksər hallarda sübh saatlarında baş verən ürək tutmaları və insultun riskini azaltmaq mümkündür.

Həmçinin mütəxəssislərin sözlərinə görə, səhər saatlarında analgetikləri, məsələn parasetamolu da içmək ziyanlıdır. Səhər saatlarında qaraciyərdə enzimlərin səviyyəsi yüksək olur və preparat daha tez bir müddət ərzində mənimsənilir, onun konsentrasiyası maksimuma çatır və nəticədə orqanizmə olan toksiki təsiri də artır.

Digər tərəfdən vitamin preparatlarının bir çoxu məhz günün 1-ci yarısında içilməlidir ki, bu onları daha effektli edir./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
363 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti