Xəzər Xəbər

Tramp Ərdoğana buna görə TƏŞƏKKÜR ETDİ

Dünya | 15:10 • 17 Fevral 2020
Tramp Ərdoğana buna görə

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Bu barədə Ağ Evin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib.

Liderlər arasında baş tutan telefon danışığından sonra verilən açıqlamadaTrampınİdlib mövzusundakı narahatlığını dilə gətirdiyi və Ərdoğana Türkiyənin humanitar fəlakətin qarşısını almaq üçün atdığı addımlardan dolayı təşəkkür etdiyi qeyd olunub.

Həmçinin, Tramp Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyini sonlandırması və Suriyadakı vətəndaş müharibəsinin siyasi həllinə nail olunması istəyini Ərdoğana çatdırıb./publika.az

Xəbər lenti