Türkiyənin İran və İraqla sərhəd bölgəsində yerləşən Hakkari vilayətinin Yüksəkova rayonunda intensiv qar yağışı həyatı iflic edib.
Bölgədə qarın qalınlığı 6 metri keçib.
Rayonun ucqar nöqtələrinə gedən yollar bağlanıb. Yolları açmaq üçün xüsusi briqadalar cəlb olunub.
Bölgədə qar uçqunu təhlükəsi var./publika.az