Xəzər Xəbər

Badamdarda uçqun baş verib

Cəmiyyət | 10:03 • 17 Fevral 2020
 Badamdarda uçqun baş verib

"Fevralın 16-da axşam Badamdar qəsəbəsində baş verən hadisə sürüşmə deyil, uçqundur”.


Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib.


Onun sözlərinə görə, bu gün səhər əraziyə baxış keçirib: "Hadisə nəticəsində eni 20 metr olan torpaq kütləsi yamacdan qoparaq yolun üzərinə tökülüb. Hadisə antropogen amillər nəticəsində baş verib”.

S. Əmiraslanov deyib ki, həmin ərazidə 3 yaşayış evi yerləşir: "Torpaq kütləsi bu evlərdən birinə ümumiyyətlə çatmayıb, ikinci evə dirənib. Yalnız bir evin divarlarında deformasiyalar əmələ gəlib”.


Qeyd edək ki, fevralın 16-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, ev 179 C ünvanında torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 1 ev zədələnib. Sürüşmədən yaranan torpaq qatı yolu kəsib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
513 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti