Xəzər Xəbər

Bakıda itkin düşən 3 nəfər tapılaraq ailələrinə təhvil verilib

Cəmiyyət | 09:36 • 17 Fevral 2020
Bakıda itkin düşən 3 nəfər tapılaraq ailələrinə təhvil verilib

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da 28 cinayətin üstü açılıb. Onlardan 9-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.


Bakı Şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyyən olunaraq, açılması təmin olunub.


İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.


Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Xəbər lenti