Xəzər Xəbər

Xorvatiyada hərbi helikopter qəzaya uğrayıb

Dünya | 17:29 • 29 Yanvar 2020
Xorvatiyada hərbi helikopter qəzaya uğrayıb

Xorvatiyada Hərbi Hava Qüvvələrinə məxsus "Kiowa Warrior” tipli helikopter qəzaya uğrayıb.


Bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.


Hadisə Adriatik dənizindəki Zlarin və Zablaçe adalarının yaxınlığında baş verib. Qəza nəticəsində helikopterdəki iki nəfərdən biri həlak olub. Digər şəxsin axtarışlarına başlanılıb. (AZƏRTAC)

Xəbər lenti