Xəzər Xəbər

Azərbaycanın seysmoaktiv əraziləri açıqlanıb - VİDEO

Veb TV | 18:25 • 29 Yanvar 2020
 Azərbaycanın seysmoaktiv əraziləri açıqlanıb  -

Gün ərzində Azərbaycan ərazisində 10-a yaxın xırda təkanlar qeydə alınır. Lakin onların maqnitudası və dərinliyi az olduğu üçün onlar hiss olunmur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, il ərzində təkanlar və daha fəal zonalar müasir avadanlıqlarla tam tədqiq edilir. Bu il ərzində isə ən aktiv seymoloji zonalar müəyyənləşib.

Qurban Yetirmişli xatırladıb ki, Azərbaycan qədim dövrlərdən seysmik zona kimi tanınıb.

Qeyd edək ki, ölkə ərazisində ən güclü zəlzələ Rixter şkalası üzrə 6 bal olmaqla, sonuncu dəfə ötən ilin fevral ayında Şamaxı şəhərində baş verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti