Xəzər Xəbər

Baş infeksionist: "Azərbaycana gələn bütün insanlar koronavirusla bağlı yoxlanılır"

Cəmiyyət | 14:04 • 29 Yanvar 2020
 Baş infeksionist: "Azərbaycana gələn bütün insanlar koronavirusla bağlı yoxlanılır"

"Ölkədə koronavirusla bağlı vəziyyət stabildir, heç bir xəstələnmə halı yoxdur”.


Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.


Onun sözlərinə görə, buna baxmayaraq, koronavirusun yayılma ehtimalı yox deyil: "Bu, istisna olunmur. Bunun qarşısının alınması istiqamətində çoxlu tədbir görülür. Ölkəyə daxi olan bütün insanlar koronavirusla bağlı yoxlanılır. Xəstələr olarsa, onlardan patoloji material götürülüb öyrəniləcək. Nəsə çıxarsa, həmin şəxslər geri göndəriləcəklər. Bununla bağlı ciddi iş aparılır”.

Baş infeksionist qeyd edib ki, dekabr ayında kəskin respirator virus infeksiyaları ilə bağlı xəstələnmə halları indikindən çox olub: "Son vaxtlar xəstələnmə haları azalıb. Stabilləşmə gedir. Keçən illə müqayisədə kəskin respirator virus infeksiyaları ilə xəstələnmə halı az müşahidə olunur".

Qeyd edək ki, Çində yeni koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti