Xəzər Xəbər

Türkiyədən Əsəd rejiminə: Dərhal vuracağıq!

Dünya | 11:47 • 29 Yanvar 2020
Türkiyədən Əsəd rejiminə: Dərhal vuracağıq!

Astana və Soçi razılaşmaları çərçivəsində yaradılan müşahidə məntəqələrimiz istənilən təxribata adekvat cavab verəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Əsəd rejiminin İdlibin Məarrat ən-Numan mahalını mühasirəyə alması ilə bağlı açıqlamasında deyilib.

Açıqlamada bildirilib ki, Əsəd rejimi dinc əhaliyə divan tutmaqda davam edir.

Qeyd edək ki, Əsəd rejimi İdlibin ən böyük mahalı Məarrat ən-Numanın mərkəzini mühasirəyə alıb.

Xəbər lenti