Sinqapurda koronavirusa (2019-nCoV) yoluxanların sayı 7-yə çatıb.
Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sinqapur Səhiyyə Nazirliyi ölkədə son 24 saat ərzində daha üç nəfərin koronavirusa yoluxduğunu müəyyən edib.
Yoluxanlardan ikisi yanvarın 19-23-də Uxan şəhərindən Sinqapura gələn Çin vətəndaşlarıdır.
Səhiyyə Nazirliyinin məlumatına görə, son 14 gündə Çinin Hubey əyalətində səfərdə olan və Sinqapura qayıdan vətəndaşlar karantinə alınacaqlar.