Xəzər Xəbər

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlanıb - FOTO

Region | 14:16 • 28 Yanvar 2020
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlanıb -

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən növbəti reyd Bərdə rayonunun Alaçadırlı kəndində fəaliyyət göstərən fiziki şəxs Sadıqov Vüqar Ənvər oğluna məxsus qənd sexində aparılıb.


Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu aşkarlanıb. Müəssisədə xammal və hazır məhsulların düzgün şəkildə saxlanılmadığı, müvafiq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Eləcə də istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin mövcud olmadığı müəyyən edilib.


Yoxlama zamanı sexdə istehsal edilən qənddən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.


Aşkar olunmuş faktlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Xəbər lenti