Xəzər Xəbər

Ben Arfa La Liqa klubunda

İdman | 13:43 • 28 Yanvar 2020
Ben Arfa La Liqa klubunda

Ötən mövsüm "Renn"dən ayrılandan sonra klubsuz qalan Hatem Ben Arfa karyerasını İspaniyada davam etdirəcək.

"Mundo Deportivo" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Valyadolid"əkeçib. La Liqa təmsilçisi təcrübəli futbolçu ilə danışıqları tamamlayıb. Madrid klubu tezliklə transferi rəsmən açıqlayacaq.

Fransa millisinin sabiq üzvü ötən mövsüm "Renn"də 41 oyuna 9 qol vurub, 6 assist edib.

Ben Arfa "Lion", "Marsel", "Nyukasl", "Hall Siti", "Nitsa", PSJ kimi klublarda çıxış edib.

Xəbər lenti